Leyla Şəripova Almaniyada vəfat edib

   Leyla Şəripova Almaniyada vəfat edib
  20 Fevral 2024    Oxunub:1356
Azərbaycan və Tacikistan SSR-nin Xalq artisti, müğənni Leyla Şəripova vəfat edib. Bu barədə Tacikistan KİV məlumat yayıb.
Müğənni Almaniyanın Düsseldorf şəhərində 93 yaşında vəfat edib.

Qeyd edək ki, Leyla Şəripova 1930-cu il yanvarın 28-də Bakıda anadan olub. Atası İzmir türkü, anası isə azərbaycanlı olub.

Bir neçə vaxt Sədrəddin Əyni adına Tacikistan Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. 1978-ci ildə ildə Bakıyaköçüb və 1980-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin aparıcı solisti işləyib. Leyla Şəripova Yevgeni Jıvayevin rəhbərliyi ilə Özbəkistan Televiziya və Radio xalq çalğı alətləri ansamblının, Adil Bağırovun rəhbərliyi ilə "Xatirə" xalq çalğı alətləri ansamblının və Gülarə Əliyevanın rəhbərliyi ilə "Dan ulduzu" instrumental ansamblının müşayiəti ilə çıxış edib. 1988-ci ildən Almaniyanın Düsseldorf şəhərində yaşayıb.

Şəripovanın repertuarında türk, əfqan, azərbaycan, erməni, türkmən, ərəb, fars, özbək və ispan mahnıları olub. O,mahnılar bəstəliyib, seşirlər yazıb. "Qara gözlər" və "Badam çiçəyi" adlı fars mahnıların müəllifi olub.



AzVision.az


Teqlər:





Xəbər lenti