Nobel Sülh mükafatına namizədlərin sayı açıqlanıb

 Nobel Sülh mükafatına namizədlərin sayı açıqlanıb
  29 Fevral 2024    Oxunub:876
Bu il Nobel Sülh Mükafatı uğrunda 285 namizəd mübarizə aparır.
AzVision.az xəbər verir ki, bu barədə Norveç Nobel İnstitutundan verilən açıqlamada qeyd edilib. Bildirib ki, 2024-cü ildə mükafata 196 nəfər və 89 təşkilat namizəd olub.

Ötən il mükafat uğurunda 351 namizəd mübarizə aparıb. Rekord göstərici isə 2016-ci ildə qeydə alınıb - 376 namizəd.

Namizədlərin tam siyahısı ənənəvi olaraq ciddi şəkildə gizli saxlanılır və yalnız mükafatlar verildikdən 50 il sonra ictimaiyyətə açıqlana bilər. Buna baxmayaraq, hər il müəyyən namizədlərin irəli sürülməsi ilə bağlı mətbuatda namizədlik hüququ olan təşkilatlardan və ya şəxslərdən məlumatlar daxil olur. Onların arasında Norveç Nobel Komitəsinin keçmiş və indiki üzvləri, məsləhətçiləri, əvvəlki Sülh Mükafatı laureatları, milli parlamentlərin üzvləri, tarix, fəlsəfə, hüquq və ya ilahiyyat üzrə ixtisaslaşmış universitet professorları var.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti