Moskva Nikulin Sirkinin artistləri Gəncədə!

   Moskva Nikulin Sirkinin artistləri Gəncədə!
  01 Mart 2024    Oxunub:554
Ümumdünya Sirk Sənəti Festivalının Ali Mükafatları laureatı Allahverdi İsrafilovun təşkilatçılığı ilə martın 8-dən Gəncə şəhərində yerləşən “GƏNCLAND” istirahət parkında “ƏFSANƏVİ SİRK” adlı möhtəşəm şou başlayacaq.
AzVision.az xəbər verir ki, ən istedadlı artistlər, inanılmaz akrobatlar, gülməli klounlar, ayılar və ağ itlərin çıxışı ilə möhtəşəm proqram sizi gözləyir.

Ənənəyə sadiq qalaraq şounun ilk günü valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, şəhid, qazi ailələrinin uşaqları üçün təşkil olunacaq.

Bu şounun bir hissəsi olmaq şansını qaçırmayın! Biletləri şəhərin kassalarından və ya iTicket.az saytından əldə edə bilərsiniz.

AzVision.az



Teqlər:





Xəbər lenti