"Muğam mühazirələri" gecələri keçiriləcək

"Muğam mühazirələri" gecələri keçiriləcək
  05 Mart 2024    Oxunub:621
Beynəlxalq Muğam Mərkəzi tərəfindən həyata keçirilən “Azərbaycan muğamı” adlı yeni layihə çərçivəsində martın 17-dən “Muğam mühazirələri” gecələrinə başlanılacaq.
Beynəlxalq Muğam Mərkəzindən AzVision.az -a bildirilib ki, “Muğam mühazirələri” tanınmış xanəndə, pedaqoq, Əməkdar incəsənət xadimi Aqil Məlikovun rəhbərliyi ilə həyata keçiriləcək.

Muğam konserti şəklində təqdim olunacaq ədəbi-bədii gecədə muğam və qəzəlin bir-biri ilə bədii-estetik, lirik-emosional bağlılığı, qəzəllərin məzmunu, obrazlılığı, muğam musiqisinə təsiri mövzusunda çıxışlar dinləniləcək. Qəzəl janrının muğam ifaçılığında əhəmiyyətindən danışılacaq, muğam dəsgahları və təsniflər təqdim olunacaq.

Konsertə giriş sərbəstdir.

AzVision.az


Teqlər: tədbir   muğam  





Xəbər lenti