Qadın ərinin qətlinə görə sevgilisinə suvenir pullar ödəyib

Qadın ərinin qətlinə görə sevgilisinə suvenir pullar ödəyib
  09 Mart 2024    Oxunub:1406
Rusiyanın Moskva vilayətində müstəntiqlər bir nəfəri qətlə yetirməkdə şübhəli bilinən cütlüyü saxlayıblar.
RenTV-nin yaydığı məlumata görə, 38 yaşlı Selyatino kənd sakini sevgilisini ərini öldürməyə razı salıb. Kişi cinayəti həyata keçirmək qərarına gəlsə də, sevgilisi tərəfindən aldadılıb.

Qadın sevgilisinə ərinin qəddar olduğunu, ona işgəncə verərək döydüyünü deyib və ərinin qətlinə görə iki milyon rubl (təxminən 37 min manat - red.) təklif edib.

Kişi razılaşaraq sevgilisinin yaşadığı evə gəlib. O, ərinin başına balta ilə vurub, sonra isə boynundan bıçaqlayıb. Sifarişçi xanım işin sonunda ona “Zarafat bankı”nın əsginasları (görünüşcə pula oxşayan, lakin saxta olan suvenir pullar) ilə ödəniş edib.

Qeyd edək ki, polis onların hər ikisini saxlayıb. Kişi saxlanılan zaman qadının onu aldatdığından xəbərsiz olub. Onların hər ikisinə qarşı qətl ittihamı ilə iş açılıb.

Hazırda hadisənin bütün şəraiti aydınlaşdırılır.


Teqlər:





Xəbər lenti