"Yollar" təqdim edildi - VİDEO
Caz-Muğam devizinin banisi Vaqif Mustafazadə hesab olunsa da Cazın ölkəmizdəki tarixi daha da keçmişə dayanır. Nümunə üçün Qara Qarayevin əsərlərindən bəzilərini göstərmək olar.
Məhz bu səbəbdəndir ki, albomun ilk nömrəsi Q. Qarayevdən "İldırımlı Yollar" əsəridir.
Bu əsərə fərqli yanaşma sərgiləyən qrup, vals ritmini müasir hip-hop ritmi ilə əvəz edib. Ardından isə V. Mustafazadə və "Sevil" vokal ansamblının qulağlara həkk olunmuş "Yollar" mahnısı ilə davam edən albomun son ifası isə qrupun daha öncələrdə də ifa etdiyi "Soul in Love" kompozisiyasıdır.
Ümümilikdə 10 dəqiqəlik bir performans olan "Yollar" albomu, yeni bir tərzin ilk sədalarıdır.
"Bakufunk" adlanan bu janr adından da göründüyü kimi köklərini, milli və çağdaş musiqidən alaraq onu dünya səsləri ilə birləşdirir.
AzVision.az
Teqlər: