"Çeburaşka”nın üçüncü hissəsinə 2024-cü ilin yayında başlanılacaq
!["Çeburaşka”nın üçüncü hissəsinə 2024-cü ilin yayında başlanılacaq "Çeburaşka”nın üçüncü hissəsinə 2024-cü ilin yayında başlanılacaq](https://azvision.az/photos/2024/03/Screenshot_20240322_163032_Chrome-1711110832.jpg)
Aktyor qeyd edib ki, hazırda filmin ikinci hissəsinin çəkilişlərinə hazırlıq gedir.
“İyunun əvvəlində “Çeburaşka-2” və “Çeburaşka-3” filmlərinin çəkilişlərinə başlanılacaq, ardıcıl olaraq iki böyük tammetrajlı film çəkiləcək”, – agentlik Qarmaşdan sitat gətirir.
Qeyd edək ki, milyonların sevdiyi qəhrəmanın macəralarından bəhs edən nağıl hekayəsinin davamı 2025-ci il dekabrın 31-də ekranlara çıxacaq.
"Çeburaşka" filmi 2023-cü il yanvarın 1-də Rusiya ekranlarına çıxıb və yerli film prokat tarixində rekord kassa toplayıb. Baş rollarda: Sergey Qarmaş, Yelena Yakovleva, Polina Maksimova, Sergey Lavıgin, Fyodor Dobronravov və başqaları iştirak edir Aktrisa Olqa Kuzmina Çeburaşkanın səsini səsləndirib.
AzVision.az
Teqlər: