Konsertə hazırlaşan qrupun üzvü Moskva terrorunda itkin düşüb

Konsertə hazırlaşan qrupun üzvü Moskva terrorunda itkin düşüb
  23 Mart 2024    Oxunub:1170
Dünən “Crocus City Hall”da konserti baş tutmalı olan “Piknik” qrupunun üzvlərindən biri itkin düşüb.
Bu barədə qrupun konsert direktoru Yuri Çernışevski TASS-a məlumat verib.

“Biz üzvlərdən biri ilə əlaqə saxlaya bilmirik, onun “Crocus”u tərk edib-etmədiyini bilmirik”, - deyə o, qeyd edib.

Ancaq Çernışevski komandanın hansı üzvü haqqında danışdığını dəqiqləşdirməyib.

Qeyd edək ki, “Piknik”in konserti 22 mart saat 20:00-da “Crocus City Hallda” baş tutmalı idi. Konsertdən bir neçə dəqiqə əvvəl, kamuflyajlı bir neçə silahlı şəxs binaya girərək atəş açmağa başlayıb və partlayış törədib.

Yuri Çernışevskinin sözlərinə görə, atışma başlayanda musiqiçilər qrim otağında olublar, sonra onlar oradan təxliyə olunublar.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib. Naməlum şəxslər məkana daxil olaraq insanları güllələməyə başlayıb, daha sonra yanğın törədərək hadisə yerindən uzaqlaşıblar. Onların saxlanılıb-saxlanılmaması barədə məlumat verilməyib. Şübhəli şəxslərin beş nəfər olduğu güman edilir. Olayda ümumilikdə 80-dən çox insan ölüb, 147 nəfər yaralanıb.
AzVision.az



Teqlər:





Xəbər lenti