"Terminator"un ürəyinə kardiostimulyator quraşdırıldı
Sənətçi əməliyyatdan sonra robotlara daha yaxın olduğunu bildirib.
Şvartsenegger qeyd edib ki, doğulduğu Avstriyada öz sağlamlığı və digər problemlərindən danışmaq adət deyil.
Məşhur vurğulayıb ki, əməliyyata görə ağır fiziki fəaliyyəti dayandırıb. Lakin o, bir aydan sonra məşqlərə qayıtmağı planlaşdırır.
Qeyd edək ki, Şvartsenegger ilk dəfə 1997-ci ildə ürək əməliyyatı keçirib. Sənətçi 2018 və 2020-ci illərdə də oxşar əməliyyatlara məruz qalıb. O, anadangəlmə ürək qüsuru - ikiüzlü aorta qapağı ilə doğulub. Hollivud ulduzu daha çox "Terminator" filmindəki qəhrəman obrazı ilə tanınır.
AzVision.az
Teqlər: Əməliyyat