İnsanlar üçün ən təhlükəli on xəstəlik

   İnsanlar üçün ən təhlükəli on xəstəlik
  08 Aprel 2024    Oxunub:1583
Bir qrup alim 200-yə yaxın ölkəni əhatə edən və son 30 ildə müxtəlif xəstəliklərdən ölüm hallarını qiymətləndirən uzunmüddətli tədqiqatın nəticələrini dərc edib.

Araşdırma “The Lancet” jurnalında dərc olunub. Belə ki, 2019-cu ilə qədər olan məlumatlara görə, ən təhlükəli xəstəliklərin siyahısına aşağıdakılar daxildir: koronar ürək xəstəliyi, insult, KOAH (xroniki obstruktiv ağciyər xəstəliyi), tənəffüs yollarının infeksiyaları, neonatal problemlər (həyatın ilk ayında ölüm), Alzheimer xəstəlik, ağciyər xərçəngi, diabet, böyrək xəstəliyi və bağırsaq infeksiyaları.

Reytinqdə qocalmaya xas olan xəstəliklər də yüksəlir. Məsələn, Alzheimer xəstəliyinin hələ də effektiv müalicəsi yoxdur, bu da faciəvi nəticələrə gətirib çıxarır.


AzVision.az


Teqlər:





Xəbər lenti