Mərakeşin ən yüksək zirvəsində bayrağımız dalğalandı - FOTO

   Mərakeşin ən yüksək zirvəsində bayrağımız dalğalandı -    FOTO
  15 Aprel 2024    Oxunub:2065
Mərakeşdə yaşayan və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ICESCO) çalışan azərbaycanlı Müsəllim Əfəndiyev Mərakeş Krallığının Tubqal (4167 metr) zirvəsini fəth edib.
AzVision.az xəbər verir ki, 12-14 aprel tarixlərində həmyerlimiz və bir neçə yerli haykinq həvəskarları müvəffəqiyyətlə Tubqal Milli Parkında yerləşən, Şimali Afrikanın və eyni zamanda, ərəb dünyasının ən hündür zirvəsinə qalxıblar.

Həmyerlimiz dəniz səviyyəsindən 4167 metr yüksəklikdəki zirvəni fəth edərək Azərbaycan Bayrağını dalğalandırıb.

AzVision.az


Teqlər: Azərbaycan   Mərakeş  





Xəbər lenti