Prezident qambiyalı həmkarını COP29-a dəvət etdi

   Prezident qambiyalı həmkarını COP29-a dəvət etdi
  17 Aprel 2024    Oxunub:468
Azərbaycan Prezidenti İlham Əliyev Qambiya Prezidenti Adama Barrounu (Adama Barrow) noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvət edib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov "X" hesabında yazıb.

N.Səfərov Qambiyanın Mərakeşdəki səfiri Saffi Lou Sisey (Saffie Lowe Ceesay) ilə görüşüb və dəvət məktubunu ona çatdırıb.

AzVision.az



Teqlər: COP29  





Xəbər lenti