Məhsulu da kinosu kimidir: Xərçəng yaradan hind ədviyyatlarına qadağa qoyulur

      Məhsulu da kinosu kimidir:    Xərçəng yaradan hind ədviyyatlarına qadağa qoyulur
  30 Aprel 2024    Oxunub:796
Avstraliya Qida Təhlükəsizliyi Agentliyi Hindistan şirkətləri tərəfindən istehsal olunan ədviyyatları ciddi şəkildə nəzərdən keçirməyə başlayıb.
Qurum onların ölkədə satışına qadağa qoyulmasına istisna etmir.
AzVision.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Qeyd edilir ki, son zamanlar Hindistan məhsullarında xərçəng yaradan pestisidlərin normadan çox olması barədə məlumatlar yayılır.

Milyarderlərin sayına görə Asiyada lider olan şəhər
"Biz bu məsələni həll etmək beynəlxalq tərəfdaşlarla, həmçinin Avstraliyada əlavə tədbirlərin görülməsinin lazım olub-olmadığını müəyyən etmək üçün federal, əyalət və ərazi qida tənzimləyiciləri ilə işləyirik", - "Reuters" Avstraliyanın qida tənzimləyicisinin bəyanatından sitat gətirib.

Mümkün addımlar arasında Avstraliya agentliyi Hindistan məhsullarının geri çağırılmasını istisna etməyib: "Avstraliyada satılan qida məhsullarının emalı üçün etilen oksidinin istifadəsi qadağandır".

Xatırladaq ki, bundan əvvəl Honq-Konq və Sinqapurda Hindistanın iki ədviyyat şirkətinin- "MDH" və "Everest"in fəaliyyəti qadağan olunmuşdu. Onlar da məhsullarında etilen oksiddən istifadə etmişdilər. Hindistanın Qida Təhlükəsizliyi və Standartları İdarəsi isə ədviyyatlarda zərərli maddələrin olub olmamasını yoxlamaq üçün bütün yerli markaların ədviyyatlarından kütləvi şəkildə nümunələr götürməyə başladığını bəyan etdi. Bununla belə, "MDH" öz məhsullarında xərçəng yaradan pestisidlərin olması ilə bağlı iddiaları rədd etdi.

Hindistan dünyanın ən böyük ədviyyat istehsalçısı, istehlakçısı və ixracatçısı sayılır. Dehli qara bibər, çili bibərinin tozu, qara zirə, zerdeçal, darçın, karri tozu, hil, muskat qozu və digər ədviyyatları ixrac edən əsas mərkəz sayılıb.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Hindistan   Avstraliya   Ədviyyat  





Xəbər lenti