İrəvan Parislə hərbi əməkdaşlığı gücləndirir

İrəvan Parislə hərbi əməkdaşlığı gücləndirir
  30 Aprel 2024    Oxunub:682
Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa Senatının xarici əlaqələr, müdafiə, silahlı qüvvələr və Avropa məsələləri üzrə komissiyasının üzvü Ronan Le Qloyo ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, nazir Ermənistan silahlı qüvvələrində aparılan islahatları müzakirə edib.

"Görüş iştirakçıları Ermənistan və Fransa arasında müdafiə sektorunda ikitərəfli əlaqələri, İrəvan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Onlar həmçinin regional təhlükəsizlik və Ermənistan Silahlı Qüvvələrində aparılan genişmiqyaslı islahatlardan danışıblar", - Nazirliyin məlumatında qeyd edilib.

Xatırladaq ki, fevralın 23-də Fransanın müdafiə naziri Sebastyan Lekornunun Ermənistana səfəri zamanı İrəvanla Paris arasında hərbi-texniki əməkdaşlığın inkişafına dair sənədlər imzalanmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər: Fransa   Ermənistan  





Xəbər lenti