Paşinyan Blinkenlə telefonla danışdı

   Paşinyan Blinkenlə telefonla danışdı
  28 Aprel 2024    Oxunub:611
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb. Onlar Tavuşda delimitasiyanı və Azərbaycanla danışıqları müzakirə ediblər.
Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat verib. Tərəflər aprelin 5-də Brüsseldə keçirilən üçtərəfli görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsini də müzakirə ediblər.

Qeyd olunur ki, Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini müsbət qiymətləndirib.

Söhbət zamanı qeyd olunub ki, Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin delimitasiyası Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti