Əsgərimiz iki hərbiçi yoldaşını yaraladı

Əsgərimiz iki hərbiçi yoldaşını yaraladı
  18 Aprel 2013    Oxunub:2550
Hadisə Ağdamda qeydə alınıb.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri Səbuhi Osmanlının tabeliyindəki avtomat silahdan açılan atəş onun hərbçi yoldaşları - 1994-cü il təvəllüdlü Elşad Hətəmov və Mövlud Murtuzəliyevə dəyib. Nəticədə güllə yarası alan hər iki əsgər hospitala yerləşdirilib.

İlkin məlumata görə, hadisə əsgərin silahla ehtiyatsız davranması nəticəsində baş verib.

Qeyd edək ki, E. Hətəmov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron, M. Murtuzəliyev isə Zaqatala rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıblar.(apa)


Teqlər:  





Xəbər lenti