Deputat Ankaraya gedəcək

Deputat Ankaraya gedəcək
  07 May 2024    Oxunub:525
Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 8-də Türkiyənin Ankara şəhərinə səfər edəcək.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, komitə sədri Ankarada Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi tədbirlərdə iştirak edəcək. Səfər mayın 12-də başa çatacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti