Mursi Cənubi Qafqazı müzakirə edib

Mursi Cənubi Qafqazı müzakirə edib
  18 Aprel 2013    Oxunub:1431
Cənubi Qafqaz Forumu Misir prezidenti ilə müzakirə olunub
Bu barədə AzVision.az-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Qlobal Liderlər Şurasının əsas təsisçi qurumlarından biri olan məşhur İsgəndəriyyə Kitabxanasının Direktorlar Şurasının toplantısı Misir Ərəb Respublikasının prezidenti Məhəmməd Mursinin rəhbərliyi ilə keçirilib.

Prezident Mursi İsgəndəriyyə Kitabxanasının həm Misirin, həm də dünya mədəniyyətində oynadığı önəmli rolu vurğulayaraq Misir hökumətinin hər zaman kitabxananın işinə yardım edəcəyini bildirib.

Görüşdə Qlobal Liderlər Şurasının Ali Nümayəndələri Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberqa və Dr. İsmayıl Seragəldin toplantı zamanı Məhəmməd Mursiyə Azərbaycanda keçiriləcək Cənubi Qafqaz Forumu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi haqqında geniş məlumat veriblər.

Misir Ərəb Respublikasının prezidenti Məhəmməd Mursi Nizami Gəncəvinin böyük maraq doğurduğunu deyib, şairin irsinin Misirdə daha da geniş araşdırılmasını və Azərbaycanda keçiriləcək beynəlxalq əhəmiyyətli foruma uğurlarını arzulayaraq, Misirin bu forumda fəal iştirakını tövsiyə edib.


Teqlər:





Xəbər lenti