Elmar Məmmədyarov məscid rəhbəri ilə görüşüb

Elmar Məmmədyarov məscid rəhbəri ilə görüşüb
  18 Aprel 2013    Oxunub:1102
Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Fransanın Bordo şəhər Məscidinin rəhbəri Tareq Ubrunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycanda dini tolerantlığın yüksək səviyyədə olduğunu bildirmiş, tarixən müxtəlif dini icma nümayəndələrinin birgə sülh şəraitində yaşayıb çalışdıqlarını qarşı tərəfin diqqətinə çatdırıb.

Həmçinin, nazir Elmar Məmmədyarov bildirib ki, dünyada sülhü təşviq edən islam dininin terrorla bağlanaraq təqdim edilməsi çox yanlış bir yanaşıb.

Bordo şəhər Məscidinin rəhbəri Tareq Ubru öz növbəsində Azərbaycanı dünyəviliyin nümunəsi adlandıraraq, burada mövcud dini tolerantlıq haqda məlumatlı olduqlarını bildirmiş və ölkəmizə səfəri zamanı sözügedən tolerantlığın şahidi olduğunu diqqətə çatdırıb. Ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyini qeyd edən Tareq Ubru, Azərbaycanın səsinin Avropaya çatdırılmasında, Fransa ilə münasibətlərin daha da dərinləşməsi üçün rol oynamağa hazır olduqlarını söyləyib.


Teqlər:  





Xəbər lenti