Makedoniya səfiri etimadnaməsini təqdim etdi- FOTOLAR

Makedoniya səfiri etimadnaməsini təqdim etdi- FOTOLAR
  19 Aprel 2013    Oxunub:1425
İlham Əliyev ikitərfli əlaqələrdən məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Makedoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qoran Taskovskinin etimadnaməsini qəbul edib.

Səfir Qoran Taskovski fəxri qarovul dəstəsinin qarşısından keçərək etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Səfir Qoran Taskovski Makedoniya Prezidenti Gyorge İvanovun salamlarını dövlətimizin başçısına çatdırıb. Azərbaycanda sürətli iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğulayan səfir ölkəsinin də yaxşı iqtisadi göstəricilər qazandığını deyib. O, iqtisadi sahədə əlaqələrimizin genişləndirilməsi üçün iş adamlarının qarşılıqlı səfərlərini təşkil etməyin zəruriliyini qeyd edib.

Makedoniya Prezidenti Gyorge İvanovla görüşünü məmnunluqla xatırlayan İlham Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğuladı. İqtisadi sahədə əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd edən Prezident İlham Əliyev qarşılıqlı investisiya qoyuluşunun, ticarət və birgə layihələrin həyata keçirilməsinin və digər sahələrdə imkanların müəyyənləşdirilməsinin önəmini qeyd edib.

Dövlətimizin başçısı Prezident Gyorge İvanovun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Makedoniya dövlətinin başçısına çatdırmağı xahiş edib.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti