“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir

“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
  08 İyul 2024    Oxunub:1039
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi (ARKA) tərəfindən 2023-cü ilin iyul-oktyabr aylarında təşkil edilən film layihələri müsabiqəsində qalib olmuş layihələrin dövlət dəstəyi ilə istehsalı davam edir.
Hazırda müsabiqənin 11 qalib layihəsindən biri olan “Narqız” qısametrajlı animasiya filminin istehsalı davam etdirilir. “Peri Film” MMC (Animafilm Studio) tərəfindən istehsal olunan filmin quruluşçu rejissoru və quruluşçu rəssamı Məsud Pənahi, prodüseri Rəşid Ağamalıyev, ssenari müəllifləri Məsud Pənahi, İsmayıl İman, Nəzrin Ağamalıyeva, redaktorları Rafiq Məmmədli, Gülşən Hüseynova, aparıcı animatoru Firəngiz Bağırova, storyboard rəssamı Kübra Binnətova, animatik rəssamı Rüstəm Bəşirov, rəssamları Elçin Hami Axundov, Emil Şiran, Kübra Binnətova, Nəzrin Hacıyeva, animatorları Mehriban Əliyeva, Rüstəm Bəşirov, Emil Şiran, istehsalat üzrə əlaqələndiricisi Zərifə Əkbərova, hüquqşunası Emil Gözəlovdur.

Filmin məqsədi işğaldan azad olunmuş ərazilərdə basdırılan mina sahələrinə diqqəti yönəltmək, minaların necə təhlükəli olduğunu uşaqların, həmçinin böyüklərin nəzərinə çatdırmaqdır.

“Narqız” qısametrajlı animasiya filminin 2024-cü ilin sonuna kimi təhvil verilməsi planlaşdırılır.





AzVision.az


Teqlər:





Xəbər lenti