"Ariane 6" raketi ilk dəfə kosmosa buraxıldı - VİDEO

"Ariane 6" raketi ilk dəfə kosmosa buraxıldı    - VİDEO
  11 İyul 2024    Oxunub:728
Avropa Kosmik Agentliyi (ESA) yeni və perspektivli raket olan "Ariane 6"nın ilk dəfə olaraq kosmosa göndərməsi barədə məlumat yayıb.
ESA "Ariane 6"nı Fransa Qvianasındakı Avropa Kosmik Limanından kosmosa buraxılıb.

Agentliyin baş direktoru Josef Aşbaçer 56 metr uzunluğunda olan "Ariane 6"nın ilk uçuşunu müsbət qiymətləndirib. O, tamamilə yeni sistemdə olan bir raketin hər zaman uşurla orbitə buraxılmadığını deyib. Aşbaçer qeyd edib ki, bir raketin ilk dəfə kosmosa uçması üçün minlərlə insan uzun illərlə çalışmaq məcburiyyətində qalır.

Qeyd edək ki, "Ariane 6"nın əvvəlki versiyası olan "Ariane 5" raketi 1996-2023-cü illər ərzində 117 missiya həyata keçirib. Bu tip raketlər orbitə 197 peyk yerləşdirib.

Süsən Kərimova
AzVision.az



Teqlər: Raket  





Xəbər lenti