Məşhur ABŞ aktrisası vəfat edib

Məşhur ABŞ aktrisası vəfat edib
  12 İyul 2024    Oxunub:1979
Məşhur “The Shining” filmində rol almış ulduz aktrisa Şelli Duval 75 yaşında dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə “Hollywood Reporter” məlumat yayıb. Qeyd edilir ki, onun ölümünə səbəb ağır xəstəlik olub.

Aktrisanın bir yerdə yaşadığı Den Qilroy onun uzun illərdir şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib. Ehtimal olunur ki, ölüm də bu xəstəliyin yaratdığı ciddi fəsadlar səbəbindən baş verib. Duval yatdıqdan sonra ayılmayıb.

Qeyri-adi görünüşü ilə tanınan aktrisa, Altmanın rejissorluğu ilə çəkilmiş "Neşvil", "Üç Qadın" və "Popay" kimi məşhur filmlərdə rol alıb. “Üç qadın” filmindəki rolu aktrisaya "Kann" Film Festivalında ən yaxşı qadın rolu mükafatını qazandırıb. Rejissor özü onu "cazibədar, axmaq, incə, pafoslu və hətta gözəl" adlandırıb.

Bununla belə, Şelliyə ən böyük şöhrəti Stenli Kubrikin çəkdiyi "The Shining" qorxu filmindəki Vendi Torrans rolu sayəsində qazanıb. Ulduz sənətçi kinoda debütü isə 1970-ci ildə "Brewster McCloud" filmində olub. O, 1990-cı ilə qədər aktiv fəaliyyət göstərib və sonra kino sənayesində 30 il görünməyib. Sənətçi uzun fasilədən sonra “Meşə təpələri” filmindəki rolu ilə ekranlara qayıtdı. Aktrisanın ​​övladı olmayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Aktrisa  





Xəbər lenti