Tibbi arayışsız sürücülük vəsiqəniz ASAN-da

Tibbi arayışsız sürücülük vəsiqəniz ASAN-da
  19 Aprel 2013    Oxunub:4389
Sürücülük vəsiqəsini dəyişmək ASANlaşdı.
Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin tətbiqi haqqında Sərəncam imzalayıb. Qanuna əsasən, sürücülük vəsiqəsini dəyişmək üçün aşağıdakı sənədlər tələb olunur:

- şəxsiyyət vəsiqəsi
- sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla)
- qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbz (18 manat)

Qeyd edək ki, prezident İlham Əliyevin “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin tətbiqi haqqında imzaladığı sərəncama əsasən, bundan sonra sürücülük vəsiqəsi almaq istəyənlərdən tibbi arayış tələb edilməyəcək.

Qanuna edilən əlavə və dəyişikliklər nəticəsində yalnız yaşı 60-dan yuxarı olanlar sürücülük vəsiqəsi alarkən tibbi arayış təqdim edəcəklər.

Dəyişikliyə əsasən, 70 yaşından sonra sürücülərə hər iki ildən bir vəsiqəsini dəyişdirmək tələbi də qoyulub.




Teqlər:  





Xəbər lenti