“Simurq” muğam ansamblı Özbəkistanda mükafat qazandı
Tanınmış xanəndə Mirələm Mirələmov və instrumental heyət – Zəki Vəliyev (tar), Elnur Mikayılov (kamança), Əməkdar artist Kamran Kərimov (nağara), İdris Hüseynov (ud) və Anar Vəlizadədən (balaban) ibarət “Simurq” muğam ansamblı möhtəşəm ifası ilə Azərbaycana dünyaşöhrətli festivalın üçüncü dəfə baş mükafatını qazandırıb.
Ansambla festivalın heykəlciyini və baş mükafatın sertifikatını Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov və XIII “Şərq təranələri”nin beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Muğam Mərkəzinin direktoru Əməkdar artist, tarzən Sahib Pazaşadə təqdim ediblər. 17 illik festivalın tarixində ilk dəfə Azərbaycan təmsilçisi beynəlxalq münsiflər heyətinə sədrlik edib. Bildirək ki, Qran-pri mükafatının məbləği 10 000 ABŞ dollarıdır.
Xatırladaq ki, 1997-ci ildə əsası qoyulan “Şərq təranələri” festivalı iki ildən bir keçirilir. Ölkəmizi təmsil edən xanəndə Simarə İmanova ilk festivalda, tarzən Sahib Paşazadə isə XI festivalda (2017) Qran-pri mükafatına layiq görülüblər. Müxtəlif illərdə ölkəmizdən bir neçə musiqiçi də festivalın qalibi olub.
AzVision.az
Teqlər: