"Qarabağ"ın futbolçusu Əlcəzair millisinə çağırıldı

"Qarabağ"ın futbolçusu Əlcəzair millisinə çağırıldı
  05 Oktyabr 2024    Oxunub:380
“Qarabağ”ın yarımmüdafiəçisi Yasin Benzia Əlcəzair milli komandasına dəvət alıb.
AzVision.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Vladimir Petkoviç 26 nəfərlik siyahıya Benzianı da axil edib.

Qeyd edək ki, Əlcəzair millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində oktyabrın 10 və 14-də Toqo ilə qarşılaşacaq.
AzVision.az



Teqlər:





Xəbər lenti