Qarabağla Şərqi Zəngəzurda 28 SES tikiləcək

   Qarabağla Şərqi Zəngəzurda 28 SES tikiləcək
  12 Oktyabr 2024    Oxunub:1679
Milli Strategiyaya əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından “ağıllı su” sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcək.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya ”da əksini tapıb.

Milli Strategiyaya əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından “ağıllı su” sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcək.

"28 su elektrik stansiyasının tikintisi başa çatdırılacaq, yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaqdır. Sağlamlıq, sahil və su turizmi imkanları üzrə qiymətləndirmə aparılacaq, əhalinin içməli su ilə təchizatının daha da yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi və su ehtiyatları potensialından səmərəli istifadə edilməsi hövzələrarası su transferini həyata keçirməyə imkan verəcəkdir. Beləliklə, iqtisadi rayonlarda 300 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin ediləcəkdir", - deyə Milli Strategiyada bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti