Almaniyada yaralananlardan ikisi Türkiyə vətəndaşıdır
Hadisə nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı, yaralılara isə şəfa diləklərinin ifadə olunduğu açıqlamada, həmçinin deyilir: “Şiddətlə qınadığımız bu hücumun səbəbinin tezliklə aydınlaşdırılacağı və günahkarların ədalət qarşısında cavab verəcəyinə ümid edirik. Bu kədərli gündə Almaniyanın yanında olduğumuzu vurğulamaq istəyirik”.
XİN açıqlamasında hadisə zamanı Türkiyənin iki vətəndaşının yaralandığını, onların müalicələrinin xəstəxanalarda davam etdirildiyini, vəziyyətlərinin qənaətbəxş olduğunu bildirib.
Qeyd edilib ki, vəziyyət Türkiyənin Hannover şəhərindəki Baş konsulluğu tərəfindən yaxından izlənir.
AzVision.az
Teqlər: