Arvadının 3 sui-qəsdindən sağ çıxan kişi: "Onu sevirəm!"

Arvadının 3 sui-qəsdindən sağ çıxan kişi:  "Onu sevirəm!"
  14 Oktyabr 2024    Oxunub:1562
Arvadının üç sui-qəsd cəhdindən sağ çıxan britaniyalı Ray Uzzerol maraqlı açıqlama verib.
Daily Mail-in yaydığı məlumata görə, o, həyat yoldaşının həbsdən çıxmasını gözləyir. Kişi qeyd edib ki, hər şeydə günahkar keçmiş dostu sayılır. Hansı ki, o, hazırda türmədə olan qadınla münasibət qurubmuş .

"Rey Uzzerol həyat yoldaşı Heyli və onun sevgilisi Qlen Pollard tərəfindən üç dəfə sui-qəsd cəhdindən sağ çıxa bilib. O bildirib ki, atəşə məruz qalmaqla yanaşı, zəhərləmə cəhdləri də olub. Bundan sonra qadın və Uzzerolun dostu ömürlük həbs cəzasına məhkum edilib. Lakin britaniyalı hələ də anormal bir ədalət gözləyir. O, həyat yoldaşının nəhayət ki, bir gün azad ediləcəyinə inanır", - nəşr yazıb.

Rey həmçinin bildirib ki, o, Heyliyə qarşı kin saxlamır və onun bütün sui-qəsd cəhdlərin təşəbbüskarı Qlen olub. Bir sözlə, qadın sevgilisinin mənfi təsiri altına düşüb.

“Onun mənə geri qayıtmasını istəyirəm. Çünki o qadını sevirəm. Əgər Pollard olmasaydı, bunların heç biri baş verməzdi”,- Rey gileylənib.
Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər: Britaniya  





Xəbər lenti