Nazir: Tələbələrin yarısından çoxu dövlət sifarişi əsaslarla təhsil alır

   Nazir:    Tələbələrin yarısından çoxu dövlət sifarişi əsaslarla təhsil alır
  14 Oktyabr 2024    Oxunub:1014
On beş il bundan əvvəlki dövrlə müqayisədə təhsil alanların sayı ikiqat artıb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib. O bildirib ki, cari ildə bakalavriat səviyyəsinə 60 minə yaxın tələbə qəbul olub: “Oxşar statistika magistratura pilləsində də müşahidə olunur. Ali məktəblərdə tələbələrin yarısından çoxu dövlət sifarişi əsaslarla təhsil alır. Həmçinin sosial baxımdan həssas qrupdan olan tələbələrin təhsil haqqı dövlət tərəfindən qarşılanır”.

Nazir qeyd edib ki, tələbələrə təqaüd verilməsi istiqamətində sistemləşməyə ehtiyac var. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na əsasən bu il 500 nəfər xaricdə təhsil almaq imkanı əldə edib. Ümumilikdə 150 nəfərdən artıq təqaüdçü dünyanın 10 ən yaxşı universitetinə qəbul olub. İnanıram ki, bir neçə il sonra onların Azərbaycana qayıdaraq fəaliyyətini davam etdirməsi ölkəmiz üçün böyük rol oynaya bilər.

Bu il Qarabağ Universitetində Dövlət Proqramının bir neçə məzunu tədris prosesinə qoşularaq işləməyə başlayıb. Bu məzunlar Azərbaycana qayıdaraq əmək bazarında rəqabətli mühit yaradacaqlar. Dövlət Proqramının əsas istiqamətlərindən biri işə qəbul komponentidir”.


AzVision.az



Teqlər:





Xəbər lenti