Mbappe 10 illik həbz cəzasına məhkum oluna bilər

   Mbappe    10 illik həbz cəzasına    məhkum oluna bilər
  16 Oktyabr 2024    Oxunub:1514
Fransalı futbol ulduzu Kilian Mbappe cinsi zorakılığa görə 10 il həbs cəzası almaq təhlükəsi ilə üzləşib. Hazırda onun idman şərəfini qoruduğu İspaniyanın “Rael Madrid” komandasının kollektiv fotolarından Mbappenin şəklillərinin çıxarıldığı bildirilir.
AzVision.az xəbər verir ki, “Real Madrid”in son oyununda əzələ zədəsi alan Kilian Mbappe Millətlər Liqasının oktyabrda keçirilən matçlarında Fransa yığmasının heyətinə qatılmayıb. Yeri gəlmişkən, bu, Mbappenin millidə oynamaq istəmədiyini düşünən azarkeşləri qəzəbləndirib. Çünki paparassilər onun İsveçdə istirahət edərkən şəklini çəkiblər - Mbappe gecə klubundan çıxarkən üzünü maska ilə gizlədib.

Futbol ulduzu cinsi zorakılıqda ittiham olunur
Ən əsası isə, fransalı futbol ulduzu İsveçdə seksual zəmində zorakılıq əməlində ittiham olunub. İsveçin “Expressen” qəzetinin yazdığına görə, yerli polis onu “əsaslı şübhə” kontekstində zorakılqıda və seksual təqib əməllərində günahlandırır.

Qeyd edək ki, İsveç polisi şübhə səviyyəsini “əsaslandırılmış” və ya “ehtimal olunan” kateoqriyalarına bölür. “Əsaslandırılmış” kateqoriya daha aşağı şübhə səviyyəsidir. Lakin polis aydın dəlillər aşkar edərsə, hər şey dəyişə bilər. Bu halda Mbappeni 10 ilə qədər həbs cəzası gözləyir.

“İndi bu işə prokuror baxır. Əlavə şərh verməyəcəyəm, yaxşısı budur prokurorluğa istinad edim”, - polisin sözçüsü Denial Vikdal deyib.

Mbappenin şübhəli bilindiyi cinsi zorakılığın adı açıqlanmayan qurbanı, cinayətdən iki gün sonra polisə xəbər verib. Eyni zamanda, onun həkimə müraciət etdiyi, yaxın vaxtlarda isə futbolçunun və qadının dindiriləcəyi bildirilir.

Futbolçunun təmsilçiləri ittihamları qəti şəkildə rədd etdiklərini açıqlayıblar. Kilian Mbappenin özü isə sosail şəbəkələrdəki paylaşımlarında bunu yalan xəbər adlandıraraq, intriqanın əmək haqqının ödənilməsi ilə bağlı məhkəməyə verdiyi keçmiş klubu “PSJ” tərəfindən qurulduğunu yazıb. Futbolçu qalmaqalla ayrıldığı Fransanın “PSJ” klubunun ona 55 milyon avro borcu olduğunu iddia edir.

Maraqldır ki, “Real Madrid” klubu da kritik məqamla üzləşib. Mbappenin transferindən sonra çoxları futbolçunu tənqid edir. Belə ki, klubdakı fəaliyyətində yaxşı start götürməsinə baxmayaraq, onu təkəbbürlü adlandırırlar və tamahkarlıqda ittiham edirlər. Həm də qalmaqallı məhkəmə prosesi “Real Madrid”in imicinə xələl gətirə bilər.

Görünür, bundan qorxan futbol klubu artıq hərəkətə keçib. İstifadəçilər “Real Madrid”in sosial şəbəkələrində Kilian Mbappenin məşhur “Adidas” şirkətinin reklam fotosessiyasından yoxa çıxdığına diqqət yetiriblər. Habelə, “Real Madrid”in oyunçusu Cud Bellingem, o cümlədən Roberto Karlos və Kilian Mbappenin təsvir olunduğu fotoşəkillərdən birini yayımlasa da, “Real Madridin rəsmi sosial şəbəkələrində bu fotoda Mbappe yoxdur.

Fotonun redaktə olunduğu istisna deyil- fransızı fotodan çıxarıblar. Bundan əlavə, Bellingem daha sonra bəzi fotoşəkilləri də silib ki, bu da Mbappenin gələcəyi ilə bağlı həyəcanlı sual doğurur: “Doğrudanmı, istintaqın nəticəsini gözləmədən Mbappenin karyerasının üstündən xətt çəkməyə hazırlaşırlar?”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Mbappe   zorlama   həbs  





Xəbər lenti