Ahıska türkləri geri qayıdır

Ahıska türkləri geri qayıdır
  15 Fevral 2013    Oxunub:3024
Rəsmi Tiflis Ahıska türklərinin doğma torpaqlarına qayıtmasına müsbət baxır
Bu məsələ Türkiyə ilə Gürcüstanın baş nazirlərinin görüşündə müzakirə olunub. Hər iki ölkənin baş nazirlərinin təkbətək və geniş tərkibdə görüş keçiriblər. Görüşdən sonra keçirilən mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Tərəflər hərbi əməkdaşlıq məsələləri və məhbusların qarşılıqlı şəkildə departasiya məsələləri ilə yanaşı Ahıska türklərinin doğma torpaqlarına geri dönməsi məsələsini də müzakirə ediblər.
Ərdoğan Gürcüstan tərəfinin bu məsələyə müsbət yanaşdığını söyləyib. Gürcüstanın baş naziri isə iqtisadi məsələlərə toxunub. Bildirib ki, Türkiyə Gürcüstanın birinci iqtisadi tərəfdaşıdır. Rəsmi Tiflis türk iş adamlarının ölkə iqtisadiyyatına daha çox sərmayə yatırmasını istəyir. Keçmişdə sərmayəçilərə qarşı baş vermiş mənfi hərəkətlər də aradan qaldırılacaq.
“Təəssüf ki, bir qədər əvvəl biznesmenlərdən biri həbs edilmişdi, lakin daha sonra o cərimələnərək azad olundu. Mən bu cür hadisələrin gələcəkdə təkrarlanmamasını arzu edirəm. Gürcüstan hökuməti əsla biznes sahələrinə müdaxilə etməyəcək. Buna söz verirəm və səlahiyyətim daxilində bu cür halların qarşısını qətiyyətlə alacam” – deyə Gürcüstanın baş naziri bildirib.
İvanişvili, eyni zamanda, Türkiyənin prezidenti və parlament sədri ilə də görüşlər keçirib. Bununla da, Gürcüstanın baş nazirinin Türkiyəyə bir günlük səfəri başa çatıb.


Teqlər:





Xəbər lenti