“Votsapp”ınızda Süni İntellektlə danışmaq üçün bunu edin

   “Votsapp”ınızda Süni İntellektlə danışmaq üçün    bunu edin
  24 Oktyabr 2024    Oxunub:370
“Microsoft” Şirkəti Süni İntellekt bazarında maraqlı bir addım atıb. Proqramlaşdırma nəhəngi özünün “Copilot” generativ modelini tamamilə pulsuz şəkildə “Votsapp”a yükləyib.
“Copilot” ilə söhbətləşmək üçün Onun rəsmi səhifəsinə qoşulmaq lazımdır. Bu məqsədlə:

• Votssapınızda əsas səhifədə yeni istifadəçini əlavə etmək üçün nəzərdə tutulmuş “+” düyməsini basın
• Sizə yeni şəxs, istifadəçi, qrup əlavə etmək təklif olunan səhifəyə keçəcəksiniz. Səhifənin yuxarısında axtarış sətri var


• Axtarış sətrinə +18772241042 yazın.


• “Copilot”un rəsmi səhifəsinə keçəcəksiniz. İstənilən bir söz (məsələn, "salam") yazın. Sizə qaydaları təklif olunacaq. Onlar qəbul edin.
• Təsadüfən fırıldaqçıların toruna düşməmək üçün "Microsoft Copilot" sözündən sonra onun rəsmi səhifə olduğunu təsdiqəyən "mavi quş" nişanının varlığına yəqinlik hasil edin.


• Süni İntellektlə ünsiyyətdən zövq alın.

Qeyd edək ki, “Copilot” təkcə çat-bot deyil. O, "ChatGPT4"ün bazasında yaradılmış geniş imkanlara malik generativ neyroşəbəkədir. Siz ona istənilən sualı verə, məsləhət istəyə, şəkil çəkdirə, hətta musiqi bəstələdə bilərsiniz. Neyroşəbəkə Azərbaycan dilində çox rahat və təmiz işləyir.

Tariyel Həsənov
AzVision.az



Teqlər: Süni-İntellekt  





Xəbər lenti