"ATLAS" kometası Günəşə yaxınlaşdığı üçün məhv oldu

"ATLAS" kometası Günəşə yaxınlaşdığı üçün məhv oldu
  29 Oktyabr 2024    Oxunub:1209
C/2024 S1 (ATLAS) kometası Günəşə yaxınlaşdığı üçün məhv olub. O, oktyabrın 28-də parçalanıb.
Bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Telegram kanalında məlumat yayıb.

O, yazıb: “C/2024 S1 kometası, yəni ATLAS Günəşə yaxınlaşma anından sağ çıxa bilmədi və bizə gələn videolara görə, o, oktyabrın 28-i səhər saat 10 radələrində (Moskva vaxtı ilə-red.) məhv olub. Bu, bizi başqa bir maraqlı astronomik hadisəni müşahidə etmək imkanından məhrum etdi”.

Qeyd edək ki, C/2023 A3 Zijinshan-ATLAS adlanan kometa ilk dəfə 2023-cü il yanvarın 9-da Zijinşan Rəsədxanasında kəşf edilib. O, həmçinin Cənubi Afrikadakı ATLAS 50 sm teleskopu tərəfindən də qeydə alınıb. Oktyabrın 12-də kometa perigeyi - Yerə olan minimum məsafəni, təxminən 70 milyon kilometrlik ərazidən keçib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti