Surdin: "Fövqəlnova partlayışları xərçəngə səbəb ola bilər"

      Surdin:    "Fövqəlnova partlayışları xərçəngə səbəb ola bilər"
  29 Oktyabr 2024    Oxunub:1888
Rusiyanın Şternberq Dövlət Astronomiya İnstitutunun baş elmi işçisi, Moskva Dövlət Universitetinin Fizika fakültəsinin dosenti Vladimir Surdin diqqət çəkən açıqlamalar verib.
O, Rusiya mediasına müsahibəsində deyib ki, fövqəlnova partlayışlarının mənfi təsiri Yer kürəsinə qədər gəlib çata bilər. Bu partlayışlar Yer sakinləri arasında xərçəngə səbəb ola bilər.

"ATLAS" kometası Günəşə yaxınlaşdığı üçün məhv oldu
Alimin fikrincə, süni və ya təbii yolla yaranmış istənilən şüalanma onkoloji problemlərin meydana çıxmasına təkan verə bilər. Surdin kosmosdakı partlayışların minilliklər ərzində baş verdiyini də xatırladıb.

"Günəşdə də tez-tez partlayışlar olur ki, bu da astronavtlar üçün təhlükəlidir. Fövqəlnovalar isə son dərəcə nadir hadisə sayılır. Bu, bir neçə əsrdə bir olur”, - astronom izah edib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Partlayış   Xərçəng  





Xəbər lenti