ABŞ-də məktəbə süpürgəçinin adı verilib

ABŞ-də məktəbə süpürgəçinin adı verilib
  02 Noyabr 2024    Oxunub:277
ABŞ-nin Missuri ştatında məktəbə 30 ildən çoxdur bu müəssisədə çalışan 64 yaşlı süpürgəçi Kloidin Uilsonun adı verilib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yalnız təmizlik işi ilə məşğul olmur, həm də bir çox digər vəzifələr, o cümlədən sanitar və məktəb avtobusu sürücüsü kimi fəaliyyət göstərir.

Məktəbin direktoru Çak Boren qeyd edib ki, Uilson uşaqlar üçün əhəmiyyətli şəxs olub və şagirdlər tez-tez ona dəstək üçün müraciət ediblər.

“Problemləri olduqda, ona üz tuturdular”, - o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti