"Qarabağ"ın qolu Avroliqada ən yaxşı seçildi - VİDEO

"Qarabağ"ın qolu Avroliqada ən yaxşı seçildi    - VİDEO
  08 Noyabr 2024    Oxunub:599
UEFA Avropa Liqasının 4-cü turunun ən yaxşı qolu müəyyənləşib.
AzVision.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Qarabağ”ın futbolçusu Toral Bayramovun "Bodo Qlimt"in qapısına vurduğu qol olub.

23 yaşlı futbolçu dünən səfər matçında (2:1) uzaq məsafədən gözəl qola imza atıb.

Namizədlər arasında Toralla yanaşı “Qalatasaray”dan Yunus Akgün, “Ayntraxt”dan Omar Marmuş və “Ludoqorets”dən Erik Markusun qolları da var idi.

AzVision.az



Teqlər:





Xəbər lenti