Rusiya yeni neft nəhəngi yaradır?

   Rusiya yeni neft nəhəngi yaradır?
  09 Noyabr 2024    Oxunub:1282
Rusiya sanksiyalara qarşı dayanmaq üçün “Rosneft”, “Qazpromneft” və “Lukoyl” şirkətlərini birləşdirməyə çalışır. Bununla bağlı artıq bir neçə aydır ki, həmin şirkətlərin rəhbərlərilə hökumət təmsilçilərinin arasında danışıqlar gedir.
“The Wall Street Journal” yazır ki, prosesin kifayət qədər mürəkkəb olduğu nəzərə alınsa, planın detalları dəyişə, yaxud, sövdələşmə ümumiyyətlə, baş tutmaya bilər. Lakin birləşmə reallaşarsa, yaranan şirkət əsl neft nəhəngi olacaq. O, neft hasilatına görə Səudiyyə Ərəbistanının “Aramco”sundan sonra ikinci yeri tutacaq, “Exxon Mobil”i isə 3 dəfə qabaqlayacaq.

Belə bir şirkət yaranacağı təqdirdə sanksiyalara daha yaxşı sinə gərə, hətta dünya bazarında neftin qiymətinin qalxmasına təsir göstərə bilər. Bu isə Kremlə imkan verəcək ki, Ukrayna müharibəsinə dəstək vermək üçün enerji sektorunun imkanlarından daha yaxşı istifadə etsin.

“Rosneft” və “Lukoyl” artıq WSJ-nin yaydığı xəbəri təkzib edərək, belə danışıqların aprılmadğını bildiriblər.

Samir Quliyev
AzVision.az


Teqlər: Rusiya   Neft  





Xəbər lenti