Bu il 57 təhsil müəssisində tikinti-quraşdırma işləri aparılıb

Bu il 57 təhsil müəssisində tikinti-quraşdırma işləri aparılıb
  20 Noyabr 2024    Oxunub:194
İşğaldan azad edilmiş ərazilərdə son vaxtlarda Füzuli şəhəri 1 saylı, Laçın şəhərində 2 saylı, Laçın rayonu Zabux kənd məktəbi, Talış kənd məktəbi və Zəngilan rayon Ağalı kənd məktəbi istifadəyə verilib.
Bu sözləri Milli Məclisdə gənclər və idman, ictimai birliklər və dini qurumlar, mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“2024-cü ildə ümumilikdə ölkə ərazisində 57 təhsil müəssisində tikinti-quraşdırma işləri başlanıb, 33 məktəbdə işlər yekunlaşdırılaraq istifadəyə verilib”, - deyə nazir əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti