Bağdasaryan Leyla Yunusu ifşa etdi

Bağdasaryan Leyla Yunusu ifşa etdi
  18 İyul 2014    Oxunub:1713
“Reğion” Tədqiqat Mərkəzinin direktoru, dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədivoun cinayət işində adı hallanan erməni hüquq müdafiəçisi Laura Bağdasaryan MTN və Baş Prokurorluğun birgə yaydığı bəyanata cavab verib.

Gözlənildiyi kimi, adının Mirqədirovun işində tez-tez hallanmasından narahatlıq keçirən Bağdasaryan rəsmi qurumların yaydığı məlumatları təkzib edib. O, Mirqədirovu tanıdığını və onunla iş birliyində olduğunu gizlətməsə də bəyanatında Azərbaycan ictimaiyyətini Mirqədirovun dövlət sirlərini ermənilərə ötürülməsindən xəbərsiz olduğuna inandırmağa çalışıb.

“Bizim mərkəz Ermənistan, Azərbaycan Gürcüstan, Türkiyə, Ukrayna, Aİ ölkələri, Rusiya və s. ölkələrdən olan jurnalistlər, ekspertlərlə müxtəlif layihələr çərşivəsində tədbirlər keçirib. Bu tədbrlər on-line rejimində , İnternet istifadəçilərinin gözləri önündə keçirilib, üçüncü ölkə ərazisində yox. Bəli, analitik və layihələrin rəhbəri kimi məni təkcə Azərbaycandan yox, digər ölkələrdən öz baxışlarını sivil qaydada açıqlayan və peşəkar rəy verə bilən mütəxəssislər cəlb edir”,- deyə Bağdasaryanın bəyanatında deyilir.

Bəyanatda ən diqqət çəkən məqam Bağdasaryanın hüquq müdafiəçisi Leyla Yunusla bağlı ağzından qaçırdığı ifadədir.

Belə ki, R.Mirqədirovla Tiblisidə restoranların birində görüşərək ona pul verməsi haqda MTN və Baş Prokurorluğun açıqlamasına münasibət bildirən Bağdasaryan ölkəmizə qarşı aparılan kampaniyalar üçün ayrılan pulların Leyla Yunus vasitəsi ilə lazımı ünvanlara çatdırılmasına işarə edib.

Bağdasaryanın açıqlamasına diqqət yetirin: “Əgər biz casusla iş görürüksə niyə mən Rauf Mirqədirova Tbilisi restoranlarının birində pul verirəm ki, bunu da hansısa “Samvel” görür. Axı pulları Leyla Yunusun vasitəsilə Bakıya göndərmək olardı...

Sonuncu cümləsində Bağdasaryan qaş düzəltdiyi yerdə istəmədən göz çıxarır.

Bu açıqlamadan görünür ki, o, Mirqədirovla Tblisidə görüşdüyünü danmır. Konkret olar “xeyr, mən Mirqədirovla görüşməmişəm” demir. O, məsələnin istiqamətini dəyişərək, gətirib pul söhbətinə çıxarır. Və qeyd edir ki, əgər Mirqədirova pul göndərmək lazım idisə, restoranda deyil, Leyla Yunus vasitəsi ilə göndərə bilərdi. Bax, məsələnin ən ciddi və maraq doğuran məqamı da elə budur.

Bağdasaryan heç də sadəlöv və səfeh deyil. O, erməni xislətinə sığınaraq xeyli təcrübəli və dünyagörüşə malik hüquq müdafiəçisidir. Bilməyərəkdən bəyanatında Leyla Yunusun ötürücü olmasına işarə etməsi ehtimal edilmir. Bağdasaryanın 10 ilə yaxındır çiyin-çiyinə çalışdığı Leyla Yunusu bir göz qırpımında belə açıq şəkildə “baqaja qoyması” təsadüf ola bilməz.

Bağdasaryan bir mesaj olaraq erməniyönümlü layihələri həyata keçirənlərin Azərbaycanda təşkilatlanması və maddi bağlılıqların qurulmasında Leyla Yunusun əlaqələndirici, katalizator rolunda çıxış etdiyini göstərir. Bu məqamda haqlı sual yaranır: Bağdasaryan pul məsələsində niyə Leyla Yunusun adını xüsusilə qeyd edir? O, əgər nümunə olaraq belə bir ifadə işlədirdisə, niyə digər həmfikirlərinin adını çəkə bilməzdi ki?

Mövzuya əlavə şərh vermədən qeyd edə bilərik ki, Bağdasaryanın bu çıxışı deyilənlərin sübutu olaraq Leyla Yunusu növbəti dəfə ifşa edir.

Rüstəm İsmayılov
AzVision.az



Teqlər:  





Xəbər lenti