Çingiz artıq 2007-ci ildə ilk fərdi rəsm sərgisini keçirib. İlk əvvəl realizmə maraq göstərən Çingiz Mehbaliyevin rəsmlərində sonradan sürrüalizm üstünlük təşkil edib. O, dünya incəsənəti ilə də yaxından maraqlanır, beynəlxaql sərgilərdə iştirak edir.
Çingiz Mehbaliyev Azərbaycan Karikaturistlər Birliyinin, SESAN (Serbest Sanatçılar) beynəlxalq rəssamlar ittifaqının üzvüdür.
O, Azərbaycanda ilk dəfə olaraq müasir texnologiyalardan rəssamlığın təbliği üçün istifadə etməyə başlayır. Ç. Mehbaliyevin imzasını kitablara çəkilən illistruasiyalarda da görmək olar.