"Marslılar özlərinə uyğun idarəetmə formasını seçəcəklər" - Mask

"Marslılar özlərinə uyğun idarəetmə formasını seçəcəklər"    - Mask
  30 Dekabr 2024    Oxunub:855
"SpaceX" kosmik şirkətinin rəhbəri İlon Mask Marsda birbaşa demokratiya qurmağı təklif edib.
AzVision.az bu barədə TASS-a istinadən xəbər verir.

"Marslılar özlərinə uyğun idarəetmə formasını seçəcəklər. Mən təmsilçi demokratiya deyil, birbaşa demokratiyanı tövsiyə edirəm", - deyə Mask "X"də yazıb.

Milyarder bununla "biz Marsı koloniyalaşdırdıqdan sonra o necə idarə olunacaq" deyə maraqlanmış platformanın istifadəçilərindən birinin paylaşımına reaksiya verib.

Mask əlavə edib ki, təxminən iki ildən sonra Marsa pilotsuz "Starship" kosmik gəmilərinin göndərilməsi planlaşdırılır və pilotlu gəmilər təxminən dörd ildən sonra oraya göndərilə bilər. Sahibkar bunun mümkün olduğunu hesab edir.
AzVision.az



Teqlər:





Xəbər lenti