Yeni epidemiya riski: Metapnevmovirus təhlükəlidirmi?

Yeni epidemiya riski:  Metapnevmovirus təhlükəlidirmi?
  05 Yanvar 2025    Oxunub:1416
Dünya 2025-ci ili yeni epidemiya xəbərlərilə qarşılayır. Başda Çin olmaqla bir neçə ölkədə, o cümlədən, Qazaxıstanda yeni metapnevmovirus (HMPV) sürətlə yayılmaqdadır. Hindistan, Malayziya və Pakistan təhlükəsizlik tədbirlərini gücləndirib. Bu virusun ölüm nisbəti koronavirusdan (COVID-19) daha yüksəkdir və 43%-ə çatır.
Çin Xalq Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsinin yaydığı məlumata görə, ölkədə xəstəxanalar dolub. "Nəticələrin analizi göstərir ki, kəskin respirator virus xəstəlikləri sürətlə artmaqdadır",- qurumun bəyanatında bildirilir.

Araşdırmanın nəticələri həmçinin ölkədə qrip və rinovirus kimi digər kəskin respirator virus xəstəliklərinin də yayılmasını göstərir. Çinin şimal bölgələrini cənginə alan metapnevmovirusa daha çox 14-15 yaşlı uşaqlar yoluxur.


Qazaxıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə xəstəliklərin mövsümi artım statistikası 1,6% dir. Ümumilikdə 30 yoluxma halı aşkar edilib.

Metapnevovirusunun əsas simptomları adi qrip və soyuqdəymə ilə oxşardır: öskürək, burun axması, nəfəs darlığı, yüksək qızdırma, baş ağrısı. Bədəndə səpkilər, qusma və ishal da müşahidə olunan bilər. Çox vaxt xəstəlik yüngül formada keçir, lakin immuniteti zəif olanlar, körpələr və yaşlı insanlar üçün metapnevmovirus ciddi fəsadlar yarada bilər. Xəstəliyin dərmanı yoxdur, yalnız əlamətlərini yüngülləşdirmək üçün tədbirlər görülə bilər.

Qeyd edək ki, son günlərdə Azərbaycanda yüksək temperatur, bədən ağrıları kimi simptomlarla özünü göstərən infeksiyaya yoluxma halları müşahidə edilir. Səhiyyə Nazirliyi hələ ki bununla bağlı hər hansı məlumat yaymayıb.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər: Virus   Epidemiya  





Xəbər lenti