Kosmonavtlar mamırla qidalanacaqlar - VİDEO

Kosmonavtlar mamırla qidalanacaqlar  - VİDEO
  08 Yanvar 2025    Oxunub:426
“Plants For Space” beynəlxalq tədqiqat konsorsiumunun alimləri astronavtlar üçün yeni yeməli bitkilərin hazırlanması ilə bağlı maraqlı təkliflər irəli sürüblər.
AzVision.az xəbər verir ki, bu barədə Avstraliyanın ABC nəşri məlumat yayıb.

Belçika vətəndaşlara "yolka"ları yeməməyi tövsiyə edir
Mütəxəssislərin fikrincə, hazırda onların qarşısında dayanan bir nömrəli vəzifə kosmosda astronavtın qidalana biləcəyi xüsusi bitkiləri ərsəyə gətirməkdir. Elm adamları qeyd ediblər ki, bağırsaqlar tərəfindən tam sorulan, ümumiyyətlə heç bir halda tullantısı qalmayan bitki məhsulları hazırlamaq son dərəcə vacibdir. Onlar bütöv şəkildə, köklü və ya qabıqlı yeyilə biləcəklər.

Tədqiqatçı Leni Kempbell-Kloz qeyd edib ki, hazırda belə bitkilər üçün nəzərdə tutulan sınaq laboratoriyaları işıq, rütubət kimi məsələlərlə bağlı kosmosdakı duruma bənzər qapalı mühit yaradılır. Layihənin digər iştirakçısı Yan Smol isə bildirib ki, elm adamları mamır və ördək otu ağaclarından yeməli bir şey yetişdirməyə çalışırlar. Niyə məhz bu iki bitki növü? Çünki onların kökləri yoxdur və həmin bitkilər genetik cəhətdən rahat dəyişdirilirlər.

Smolun fikrincə, mütəxəssislər bitkilərin mikroqravitasiya şəraitində necə böyüyəcəyini müəyyən etməlidirlər. Alim onu ​​da qeyd edib ki, mamır və ördək otu əslində dadsız bitkilərdir. Lakin onlar bu problemi də bioloji mühəndisliyin köməyi ilə həll etməyə hazırlaşırlar.

"Plants For Space" layihəsinin iştirakçıları onu da vurğulayıblar ki, orbitdə yaşayan astronavt üçün dadlı bir bitki və ya meyvə, xüsusən də təzə portağal bir növ ən böyük xoşbəxtlik sayılır. Çünki ekspedisiya iştirakçıları əsasən konservləşdirilmiş qidalar yeyirlər. İlk geni dəyişdirilmiş bitkilər 2027-ci ildə planlaşdırılan Artemis III missiyasının uçuşu zamanı kosmosa gedəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bitki   Kosmos  





Xəbər lenti