“Avropada hidrogenin daşınması, saxlanması və s. üçün lazımi infrastruktur da yoxdur. Hidrogen istehsalını özünə hədəf seçən Azərbaycan bu vəziyyəti nəzərə almalıdır. Əvvəla hazırlıq işləri aparılmalı, avropalıların hansı növ hidrogenə ehtiyac duyduqları öyrənilməli, yalnız ən çox tələbə malik spesifik növ üzrə istehsal müəssisələri qurulmalıdır”.
- Burada bir neçə variant var,- ekspert vurğulayıb,- Yəqin ki, “yaşıl” hidrogen Avropada daha çox rəğbət qazanacaq. Avropalıların fikrincə, sürətli enerji keçidi fonunda yerli hidrogen istehsalı sahəsi xeyli geridə qalıb. Çünki yanacaq istehlakını bütünlüklə hidrogenlə əvəzləməkdən ötrü lazımi həcmdə bərpaolunan enerji yoxdur. Ona görə də bu cür elektrik enerjisi ilə suyun elektrolizi hesabına əmələ gətirilən “yaşıl” hidrogenə, eyni zamanda, hazır məhsul idxalına üstünlük verirlər. Azərbaycan bu bazara qoşulmaq istəyirsə, əvvəlcə elektrolizatorlar qurmalı, hidrogeni göstərilən üsulla istehsal etməlidir. Əlbəttə, Avropada hidrogenə mümkün tələbatın hansı həcmdə meydana çıxacağı hələlik məlum deyil. Belə məchul şəraitdə hazırlıq işləri aparmaq, şübhəsiz ki, çətindir.
Qazın 50 çaları | VİDEO |
İqor Yuşkovun fikrincə, Azərbaycan üçün metandan, yəni təbii qazdan alınan “boz” və ya “mavi” hidrogenin istehsalı daha asan başa gələr. Ölkə böyük qaz istehsalçısı kimi bu yanacağın bir qismini hidrogen istehsalı üçün ayıra bilər. Ümumiyyətlə, hazırda dünyada hidrogen istehsalı məhz bu üsulla aparılır. Alınan məhsuldan metallurgiya və s. sənaye sahələrində istifadə olunur.
Metandan hidrogen istehsalı prosesində yaranan istixana qazı utilizasiya olunursa, bu, “mavi hidrogen”, yox, əgər utilizasiya prosesi aparılmırsa, “boz hidrogen” adlanır. “Mavi” hidrogenə daha çox üstünlük verilir. Belə proqnozlaşdırılır ki, o, Avropa bazarında ən bahalı növ hidrogen olacaq.
Ekspert deyir ki, hələ Avropaya qaz satmaq Azərbaycan üçün iqtisadi baxımdan daha sərfəlidir. Qazın Avropaya nəqli sahəsində hər hansı ciddi problem də yoxdur. Bu səbəbdən hidrogen istehsalı infrastrukturuna indidən sərmayə ayırmaq məqsədəuyğun deyil. Axı bu yanacağa Avropada hələ tələbat yoxdur. Azərbaycan Avropaya qaz satmağı davam etdirməklə daha böyük fayda götürə bilər.
Murad Nəcəfov
Firudin Həmidli
AzVision.az