Zərif: "İsrail İranın atom enerjisi avadanlıqlarına partlayıcı yerləşdirib" - VİDEO

      Zərif:    "İsrail İranın atom enerjisi avadanlıqlarına partlayıcı yerləşdirib" -    VİDEO
  15 Yanvar 2025    Oxunub:320
"İran Atom Enerjisi Təşkilatı üçün alınan sentrifuqa avadanlıqlarına partlayıcıların yerləşdirildiyi aşkarlanıb".
Bu sözləri İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif "Hüzur" adlı onlayn verilişdə çıxışı zamanı dilə gətirib. Hərçənd o bu hadisənin nə vaxt baş verdiyini dəqiq bildirməsə də, İsrailin xarici kəşfiyyat xidməti "Mossad"ın sabiq rəhbəri Yossi Kohenin iddiası ilə üst-üstə düşür. Belə ki, Kohen hələ 2021-ci ildə "The Times of Israel" xəbər saytına müsahibəsində "İsrailin İranda yeraltı sentrifuqa platformasını partlatdığını" söyləmişdi.

Məhəmməd Cavad Zərif bu kontekstdə İrana qarşı sanksiyaları da pisləyib. O vurğulayıb ki, sanksiyalar Tehranın bu, ya digər avadanlığı almasına maneə törətdiyi üçün "o, vasitəçilərlə əlaqə qurmağa məcbur qalır".

"İsrail həmin vasitəçilərdən birinə belə sızarsa, istədiyi planı həyata keçirə, istənilən şeyə partlayıcı və s. yerləşdirə bilər. Livanda peycerlərin partladılması bu məsələyə bariz nümunədir", - vitse-prezident vurğulayıb.


Firudin Həmidli
AzVision.az


Teqlər: İran   İsrail   partlayıcı  





Xəbər lenti