"Qara qutu"lar Braziliyadan Qazaxıstana gətirildi

   "Qara qutu"lar Braziliyadan Qazaxıstana gətirildi
  15 Yanvar 2025    Oxunub:546
AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib.
Məlumata görə, qutular faciənin səbəbləri ilə bağlı yekun rəy verilməsi üçün komissiyaya təhvil verilib. Qeyd olunub ki, iş üzrə tam və hərtərəfli araşdırmanı təmin etmək məqsədilə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları”nın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

İlkin məlumata görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. Prezident İlham Əliyev dekabrın 29-da AzTV-yə müsahibəsində bəyan edib ki, Azərbaycan insidentlə əlaqədar 3 şərt irəli sürüb:

"Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir".


Teqlər:





Xəbər lenti