9 milyon dollar udan qaz mühəndisi ertəsi gün işə çıxdı

 9 milyon dollar  udan qaz mühəndisi ertəsi gün işə çıxdı
  16 Yanvar 2025    Oxunub:329
İngiltərədə maraqlı hadisə baş verib.
"Metro" nəşrinin yaydığı məlumata görə, 20 yaşlı gənc lotereyada 9 milyon dollar udsa da, ağır işini tərk etməyib. O, ertəsi gün işə çıxıb.

Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb
"Qaz mühəndisi işləyən Ceyms Klarksonun telefonuna Milli Lotereyadan 9 milyon dollarlıq cekpot udmasına dair sürpriz bildiriş gəlib. Britaniyalı gənc hadisəni xatırlayarkən deyib ki, bildirişdən sonra elə güclü sevinc hissi keçirməyib. Mühəndis baş verənləri sevgilisinə danışmaq üçün onu yuxudan oyadıb. Qız isə sevgilisinə cavab verib ki, o yəqin yuxulu olduğun üçün belə bir uduşu xəyal edir. Ceymsin sevgilisi bunu deyib oğlanı lağa qoyduqdan sonra yenidən yatıb. Bununla belə, Klarkson məlumatı iki dəfə yoxlayıb və heç bir səhv olmadığına əmin olub", - nəşr yazıb.

Məqalədə o da vurğulanıb ki, Ceyms bütün gününü ailəsi ilə keçirib. O, yaxınları ilə həyatını dəyişən şansını müzakirə edib: "Axşam isə onlar şənliklərini nənə və babalarının yanında şampan açmaqla qeyd ediblər. Möhtəşəm lotoqələbəyə baxmayaraq, Ceyms ertəsi günün səhəri obyektlər xidmət göstərmək üçün mühəndis işinə qayıdıb".

Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər:   Lotoreya  





Xəbər lenti