89 yaşlı "Şerlok Holms"da ağır xəstəlik aşkarlanıb

89 yaşlı "Şerlok Holms"da ağır xəstəlik aşkarlanıb
  31 Yanvar 2025    Oxunub:267
Məşhur rusiyalı aktyor, rejissor və ssenarist Vasili Livanova yeni ağır xəstəlik diaqnozu qoyulub.
Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Məlumata görə, RSFSR-in xalq artistinə fəqərəarası disklərin toxumalarının ciddi zədələnməsi diaqnozu qoyulub. Xəstəlik güclü ağrı, zəiflik və əzələ atrofiyası ilə müşayiət olunur.

Həkimlər 89 yaşlı "Şerlok Holms"u həyata qaytardılar
Qeyd edək ki, yanvarın 29-da 89 yaşlı Vasili Livanovun xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar yayılmışdı. Aktyorun həyat yoldaşı Yelena sənətçinin beyin qan dövranı pozğunluğuna görə xəstəxanaya yerləşdirildiyini bildirib.

Vasili Livanova populyarlığı İqor Maslennikovun "Şerlok Holms və Doktor Vatsonun sərgüzəştləri" (1979-1986) serialındakı Şerlok Holms rolu qazandırıb.

Bundan başqa, Vasili Livanovun (Yuri Entin ilə birlikdə) ssenarisi əsasında “Bremen şəhərinin musiqiçiləri” (1969) cizgi filmi rus animasiyasının klassikinə çevrilib. Tamaşaçıların istəyi ilə onun davamı olan “Bremen şəhər musiqiçilərinin izi ilə” (1972) filmi, 2001-ci ildə isə “Yeni Bremen şəhər musiqiçiləri” filmi ekranlara çıxıb. Livanov "Uşaq və Karlson" (1968), "Karlson qayıtdı" (1970) cizgi filmlərində Karlsonu, Timsah Gena və Çeburaşka haqqında cizgi filmləri silsiləsində Timsah Genanı (1969-1983), "38 tutuquşu" filmində Boanı və ekranlara çıxmış digər 300 filmin personajını səsləndirib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Xəstəlik   Aktyor  





Xəbər lenti