Stadnik karyerasını başa vurdu

Stadnik karyerasını başa vurdu
  02 Fevral 2025    Oxunub:367
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.
Tanınmış idmançı bu barədə instaqramdakı şəxsi hesabında paylaşım edib: "Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm".

Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.


Teqlər: Güləş   Stadnik  





Xəbər lenti